Bazar, 01 Avq. 2010
Azəricə (Azərbaycan dili)English (United Kingdom)
You are here: Home
2009-cu ilin makroiqtisadi yekunları
25.12.09 12:52

2009-cu ilin üçüncü rübündən etibarən “böhranın dibi”nin görünməsi və ilin sonuncu rübündən başlayaraq dünya iqtisadiyyatının tədricən özünübərpa mərhələsinə keçməsilə bağlı optimistik mülahizə və proqnozların Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcəyi gözlənilir. Sistemin bir parçası olan və xüsusilə qlobal tələb faktorlarının müəyyən etdiyi neftin dünya bazarı qiymətlərindən birbaşa təsirlənən Azərbaycan iqtisadiyyatında yüksələn neft qiymətlərilə paralel neft sektorunda artımın bərpa olunacağı məlum məsələdir. Hətta bu proses artıq avqust ayından başlamışdır. Qeyri-neft sektorunda isə dinamik canlanmanın 2010-cu ildən başlanması gözlənilir.

Ardını oxu...
 
Top menecmentin qərarvermə mayakı
17.11.09 14:17

Ölçüsündən asılı olmayaraq, demək olar ki, hər bir şirkət fəaliyyətinin müxtəlif istiqamətlərində ən primitiv şəkildə olsa belə, proqnozlardan istifadə edir. Büdcə-maliyyə proqnozları, satışla bağlı proqnozlar, kadr ehtiyacı proqnozları və s. Şirkətin ölçüləri böyüdükcə, idarəetmə sistemi təkmilləşdikcə proqnozlara olan ehtiyac və onların strateji qərarların verilməsində oynadığı rol da əhəmiyyətli dərəcədə artmış olur.

Ardını oxu...
 
“Makro Maliyyə” bülleteninin tanıtım variantı təqdim edildi
17.11.09 14:02

Şirkətimiz “Makro Maliyyə” adlı qısa zaman proqnozları bülleteninin tanıtım variantını maliyyə sektorunun aparıcı şirkət və qurumlarına təqdim etdi. “Makro Maliyyə” bülletenində Azərbaycan iqtisadiyyatının əsas makro-maliyyə indikatorları üzrə aylıq təhlil və proqnozlar əks olunub.

Bülleten əsasən :

Ardını oxu...
 
İlin sonuna qədər proqnozlar hazırdır!!!
17.11.09 14:11

ASPECT Research şirkəti 2009-cu ilin sonuna qədərki dövrü əhatə edən “Makro Maliyyə: qısa zaman proqnozları” adlı bülletenin Oktyabr buraxılışını abunəçilərə təqdim etdi.
Bülletendə Oktyabr, Noyabr və Dekabr ayları üçün aylıq proqnozlarla yanaşı 2009-cu il üçün yekun rəqəmlər də əks olunub. Bülleten aylıq yenilənən, 40-dan çox indikatordan ibarət statistik baza əsasında hazlırlanır.

Ardını oxu...
 
İqtisadi stabillik ilin sonuna qədər bərpa olunacaq.
17.11.09 09:12

2009-cu ilin yekunları üzrə makroiqtisadi proqnozlar iqtisadi stabilliyin bərpa olunacağını söyləməyimizə imkan verir. Belə ki,

Ardını oxu...