Haqqımızda
ASPECT Research Azərbaycanda maliyyə və bazar tədqiqatları aparır. Şirkətin müştəri hədəfləri banklar, investisya şirkətləri, holdinqlər, beynəlxalq təşkilatlar, xarici şirkətlər və səfirliklərdir.
Bizim məqsədimiz şirkətiniz üçün əhəmiyyətli, lakin daxildən öyrənilməsi çətin olan məlumatları toplanmaq, təhlil etmək və yeni inkişaf imkanlarını aşkar etməkdir.
Araşdırmalarımızın təməl prinsipi informativ və analitik məhsullarımızın hər birinin fundamental elmi əsaslandırmalara söykənməsidir.
ASPECT Research şirkəti öz ətrafında gənc və peşəkar iqtisadçı ekspertləri birləşdirir. Əməkdaşlarımız xarici ölklərdə və yeli qabaqcıl universitetlərdə təhsil almış Master və PhD dərəcəli mütəxəsislərdir.
Şirkətin tədqiqatçı əməkdaşları uzun müddət ərzində dövlət və qeyri dövlət təşkilatlarında makroiqtisadiyyat, maliyyə, ekonometrik modelləşdirmə və proqnozlaşdırma, investisiyaların qiymətləndirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərmişlər. Əməkdaşlarımız fərdi və qrup şəklində makroiqtisadiyyat və maliyyə sahəsində xarici şirkətlər üçün fundamental və tətbiqi araşdırmalar həyata keçirmişlər.
Daxili bazarda da böyük yerli şirkətlər üçün analoji xidmətlərin faydalı verəcəyini düşünərək Aspect ətrafında ekspertləri birləşdirib. Aspect MMC hüquqi şəxs qismində 2009-cu ildə qeydiyyatdan keçmişdir. Buna baxmayaraq maliyyə qurumları və aparıcı banklara təqdim etdiyimiz “Makro Maliyyə” bülleteninin sınaq variantları müstəqil şəkildə bir ildən çoxdur ki, işlənib hazırlanır. |