Bazar, 05 Sent. 2010
Azəricə (Azərbaycan dili)English (United Kingdom)
You are here: Home Makro Maliyyə

Makro Maliyyə

Şirkətimiz tərəfindən sizə təqdim edilən “Makro-Maliyyə: qısa zaman proqnozları” bülleteni Azərbaycan iqtisadiyyatının əsas makro-maliyyə indikatorları üzrə aylıq təhlil və proqnozları, eyni zamanda dünya əmtəə və xammal bazarlarında qiymət dəyişikliklərindəki əsas tendensiyaları əks etdirir.

Bülletendə:

  1. Azərbaycan iqtisadiyyatının səkkiz əsas sektoru üzrə məhsul və xidmətlərin istehsal proqnozları;
  2. aylıq ümumi daxili məhsul proqnozları;
  3. investisiya qoyuluşları, əhali gəlirləri və qiymət indeksləri üzrə proqnozlar;
  4. ölkə daxilində ən geniş istifadə edilən beş əsas xarici valyutanın məzənnələri üzrə proqnozlar;
  5. iqtisadi gözləmələr baxımından əhəmiyyətli sayılan pul kütləsinin müxtəlif göstəriciləri üzrə proqnozlar;
  6. depozit və kreditlər üzrə faiz dərəcələri və mütləq həcm proqnozları;

eyni zamanda ölkənin valyuta bazarında və bank sektorunda risk səviyyəsini qiymətləndirməyə imkan verən maliyyə stabilliyi indeksləri və fəaliyyətinizin analitik informasiya təminatı üçün faydalı ola biləcək digər məlumatlar yer alır.

Azərbaycanda analoqu olmayan bülletenin bölmələri şirkətimizin yüksək peşəkar iqtisadçıları tərəfindən ən müasir iqtisadi analiz və poqnozlaşdırma üsulları və proqram təminatından istifadə edilməklə hazırlanır.

Sentyabr ayından etibarən bülletenin hər ay üçün hazırlanan nömrəsi növbəti üç ay üçün (ikisi dəqiqləşdirmələr aparılmaqla) proqnozlar və əvvəlki dövrə aid analitik təhlillərdən ibarət olacaq.

Təmsil etdiyiniz qurumu da öz abunəçilərimiz arasında görməkdən məmnuniyyət duyarıq. Abunəçilərə rüblük və illik abunə imkanları təklif edilir. Bülletenin çatdırılması və abunə haqlarının ödənilməsi şərtləri abunəçi və icraçı qurum arasında bağlanan müqavilə əsasında müəyyən olunur.

Nümunələr


 

___ __ __

_      _June Edition _____________ İyun ________________Oktyabr____ _______ Noyabr (tanıtım)