Bazar, 05 Sent. 2010
Azəricə (Azərbaycan dili)English (United Kingdom)
You are here: Home Press reliz İqtisadi stabillik ilin sonuna qədər bərpa olunacaq.
İqtisadi stabillik ilin sonuna qədər bərpa olunacaq.
17.11.09 09:12

2009-cu ilin yekunları üzrə makroiqtisadi proqnozlar iqtisadi stabilliyin bərpa olunacağını söyləməyimizə imkan verir. Belə ki,

  • 2009-cu ilin yekunlarına görə ümumi daxili məhsulun 33.8 mlrd. manata çatacağı və iqtisadi artımın 6.5% təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində ölkə iqtisadiyyatında 20.6 mlrd. manatlıq əlavə dəyər yaradılmış və keçən ilin eyni dövrü ilə müqayisədə iqtisadi artım 5% təşkil etmişdir.
  • Cari ilin sonlarına doğru inflyasiya tempindəki azalmanın səngiyəcəyi və 2009-cu il üçün illik inflyasiyanın 2.5-2.6% arasında olacağı gözlənilir. Qeyd edək ki, cari ilin yanvar ayından sentyabra qədər keçən ilin eyni dövrü ilə müqayisədə istehlakçı qiymətlərinin artım tempi 11.9%-dən 2.6%-ə qədər aşağı düşmüşdür.
  • Hesablamalara görə 2009-cu ilin sonunda əhalinin illik pul gəlirləri 22.7 mlrd. manata çatacaq ki, bu da 2008-ci ilin müvafiq göstəricisindən nominal olaraq 2.6 mlrd. manat çox olacaq. Proqnozlaşdırılan inflyasiya tempi nəzərə alınmaqla pul gəlirlərindəki real artımın 10.2% təşkil edəcəyi gözlənilir.
  • 2009-cu ilin sonunda il ərzində bütün mənbələrdən əsas kapitala yönəldilən investisiyaların həcminin 7.1 mlrd. manata çatacağı proqnozlaşdırılır. Bu keçən ilin müvafiq göstəricisindən 1.9 mlrd. manat azdır.
  • İlin sonunda cəmi kreditlərin həcminin 7.9 mlrd. manata çatacağı gözlənilir və bu kreditlərin strukturunda keçən ildə olduğu kimi milli valyuta ilə kreditlər (52%) üstünlük təşkil edəcək. Müqayisə üçün deyək ki, keçən ilin sonunda cəmi kreditlərin həcmi 7.2 mlrd. manata yaxın olmuş və bunun 51%-ni manatla kreditlər təşkil etmişdir.
  • Hesablamalara görə 2009-cu ilin sonunda vaxtı keçmiş kreditlərin həcminin 278 mln. manata çatacağı gözlənilir ki, bu da cəmi kreditlərin 3.5%-ni təşkil edəcək. Müqayisə üçün deyək ki, ötən ilin sonunda müvafiq göstərici 159.8 mln. manat və ya cəmi kreditlərin 2.2%-ni təşkil etmişdir.
  • Cari ilin sonuna qədər avronun manata qarşı rəsmi məzənnəsinin 1.2 manata qədər bahalaşacağı proqnozlaşdırılır. Milli valyutanın rus rublu və türk lirəsinə qarşı da zəif ucuzlaşma meylləri nümayiş etdirəcəyi gözlənilir.


Qeyd edək ki, proqnozlar 40-dan çox digər indikatorla birlikdə “Makro Maliyyə: qısa zaman proqnozları” bülletenində dərc edilib.