|
İlin sonuna qədər proqnozlar hazırdır!!! |
|
17.11.09 14:11 |
|
ASPECT Research şirkəti 2009-cu ilin sonuna qədərki dövrü əhatə edən “Makro Maliyyə: qısa zaman proqnozları” adlı bülletenin Oktyabr buraxılışını abunəçilərə təqdim etdi. Bülletendə Oktyabr, Noyabr və Dekabr ayları üçün aylıq proqnozlarla yanaşı 2009-cu il üçün yekun rəqəmlər də əks olunub. Bülleten aylıq yenilənən, 40-dan çox indikatordan ibarət statistik baza əsasında hazlırlanır.
Zaman sırası ekonometrikasına daxil olan ARİMA tipli modellər əsasında hazırlanan bülletendə:
- Real Artım İndeksi üzrə Proqnozlar;
- Ümumi Daxili Məhsul üzrə Proqnozlar;
- Səkkiz əsas sektor üzrə Məhsul və Xidmətlərin İstehsalı üzrə Proqnozlar;
- İnvestisiya Qoyuluşları, Əhali Gəlirləri və Qiymət İndeksləri üzrə Proqnozlar;
- Beş əsas Xarici Valyutanın Məzənnəsi üzrə Proqnozlar;
- Pul Kütləsinin Müxtəlif Göstəriciləri üzrə Proqnozlar;
- Depozit və Kreditlər üzrə Faiz Dərəcələri və Mütləq Həcm Proqnozları;
Ölkənin valyuta bazarında və bank sektorunda risk səviyyəsini qiymətləndirməyə imkan verən Maliyyə Stabilliyi İndeksləri; Dünya Xammal və Əmtəə Bazarlarında Qiymət Tendensiyaları Proqnozları yer alıb. Bülleten əsasən dövlət qurumları, özəl sektorun müxtəlif sahələrində fəaliyyət göstərən təşkilat və qurumlar, xüsusilə bank-maliyyə sektoru iştirakçıları, araşdırma mərkəzləri üçün nəzərdə tutulub. |